`Afaq Bəşirqızı özünü yaxşı hiss edir` - Açıqlama

`Afaq Bəşirqızı özünü yaxşı hiss edir` - Açıqlama
  07 Mart 2016    Oxunub:2882
Martın 5-də Azərbaycanın Xalq Artisti Afaq Bəşirqızı Respublika Diaqnostika Mərkəzində bel fəqərə sütunundan cərrahiyyə əməliyyatı olunub.
Diaqnostika Mərkəzindən AzVision.az-a verilən məlumata görə, aktrisanın vəziyyəti hazırda yaxşıdır.

“Əməliyyatdan sonra Afaq Bəşirqızı özünü nisbətən yaxşı hiss edir. Əməliyyat uğurla başa çatıb. Səhhətində heç bir problem yoxdur, durumu həkimlər tərəfindən nəzarətdə saxlanılır”-deyə bildirilib.

Qeyd edək ki, xalq artistinin cərrahiyyə əməliyyatı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə fond tərəfindən həyata keçirilib.

Xalq Artisti Afaq Bəşirqızının səhhəti ilə bağlı məsələlər Azərbaycanın birinci xanımının himayəsinə götürülüb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti