Ötən gün nələr oldu? - Xronika

Ötən gün nələr oldu? - Xronika
  05 Mart 2016    Oxunub:2684
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Martın 4-də nələr baş verdi?

AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

Roqozin “Kommersant”ın iddiasına cavab verdi

Rusiya və Azərbaycan hərbi-texniki əməkdaşlıqda məsuliyyətli və etibarlı tərəfdaşdır. Bunu Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin Twitter səhifəsində yazıb.

***

Azərbaycanlı aktrisa Türkiyədə vəzifə aldı

Azərbaycanlı aktrisa və rejissor Məlahət Abbasova İstanbul bələdiyyəsinə bağlı Şəhər teatrları bədii rəhbərinin müavini təyin edilib.

***

AZAL-ın İdarə Heyətinin səlahiyyətləri dəyişdirilib


“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2008-ci il 30 aprel tarixli qərarında dəyişikliklər edilib. Dəyişikliyə əsasən Nizamnaməyə yeni bəndlər əlavə edilib.



Obama prezidentlikdən sonra nə iş görəcək?

ABŞ prezidenti Barak Obama prezident səlahiyyətləri bitdikdən sonra balaca qızı Saşanın məktəbi bitirməsi üçün bir neçə il Vaşinqtonda qalmağı planlaşdırır.

***

Orta məktəblərdən silah-sursat yığışdırılır - Rəsmi

Azərbaycanın ümumtəhsil məktəblərindən döyüşə yararlı silahlar yığışdırılır. Təhsil müəssisələrindən silah-sursatın yığışdırılması bədbəxt hadisələrin qarşısını almaq məqsədilə həyata keçirilir.

***

Evdən qaçan gəlin tapıldı - 8 gün sonra

Qaxda səkkiz gün əvvəl evdən qaçan 28 yaşlı gəlin ata ocağına qayıdıb.

***

`Neftin ucuzlaşmasını dayandırdıq...` - Prezident

Venesuelanın prezidenti Nikolas Maduro bəyan edib ki, neft hasil edən ölkələr arasında neft hasilatının yanvar ayı səviyyəsində saxlanılmasına dair əldə edilən razılıq neftin qiymətinin ucuzlaşmasının qarşısını almağı mümkün edib.

***

Mərkəzi Bank uçot dərəcələrini artırdı

Makroiqtisadi sabitliyin təmin olunması hədəflərini və pul-maliyyə bazarlarındakı yenimeyilləri nəzərə alaraq, Mərkəzi Bank faiz dəhlizinin parametrlərini yenidən nəzərdən keçirib.

***

Obama Azərbaycanla Ermənistanı barışdırmaq istəyir - `Washington Times`

Martın 31-də Vaşinqtonda keçiriləcək nüvə təhlükəsizliyi üzrə növbəti sammit Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ABŞ prezidentinə unikal şans verir.

***

Nəzarət Palatasına daha bir səlahiyyət verildi

Sığorta tariflərinin tənzimlənməsi işi Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə edilir. Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanuna təklif edilən dəyişiklik layihəsinə baxılıb.

***

Arzu Əliyevanın filmi Braziliyada

Martın 9-13-də Braziliyanın San Paolo şəhərində ölkənin mötəbər mədəniyyət ocaqlarından biri - Braziliya Bankının Mədəniyyət Mərkəzində (CCBB) Azərbaycan kino həftəsi keçiriləcək.

***

İşdən çıxarılan icra başçısı: `Gedib ailə quracağam`

Prezident İlham Əliyevin sərəncamı ilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Mahmud Quliyev danışıb.

***

Azərbaycanda hansı qan qrupuna daha çox ehtiyac var?

“Azərbaycanda müsbət I və II qrup qana daha çox ehtiyac var. Bu qrupdan olan xəstələr çoxluq təşkil edir”

***

`Prezidentə təkliflər təqdim edilib` - Rüfət Aslanlıdan açıqlama

“Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasında əsas məqsəd pul siyasəti funksiyası ilə maliyyə bazarlarının tənzimlənməsi funksiyası arasında ziddiyyətləri bir-birindən ayırmaqdır”. Bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi Qrupunun rəhbəri Rüfət Aslanlı Milli Məclisin ötən gün keçirilən iclasında çıxışı zamanı deyib.

***

Azərbaycanda yeni əməkdaşlıq komitəsi yaradılacaq

Azərbaycanda maliyyə bazarının sabitliyinin tənzimlənməsi üçün yeni komitənin yaradılması nəzərdə tutulur. Bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi Qrupunun rəhbəri Rüfət Aslanlı Milli Məclisin ötən gün keçirilən iclasında çıxışı zamanı deyib.



Evlənmək istəyənlərin işi çətinləşir

“Yaxın zamanlarda nikaha daxil olmaq istəyən cütlüklər hepatitlərin bütün növlərinə görə müayinədən keçiriləcək”.

***

“Topaz” nazirlikdən alınıb yeni quruma verildi

Azərbaycanda mərc oyunlarına nəzarət funksiyası yeni yaradılan "Maliyyə Bazarlarına Nəzarət Palatası" publik hüquqi şəxsə verilib.

***

`Pulu bankdan çıxaran kimi oğurlayırlar` - Siyavuş Novruzov

"Son dövrlər bəzi qruplar tərəfindən dövlət strukturuna daxil olmayan kommersiya banklarında müxtəlif hadisələr baş verdi ki, bu da əhali arasında banklara olan inamı azaltdı. Halbuki illərlə Azərbaycan dövləti maliyyə sisteminin sabitliyini qoruyub saxlamaqla yanaşı, əhalidə banklara olan inam yaratmışdı. Hesab edirəm ki, biz həmin inamı yenidən bərpa etməliyik".

***

Dövlət banklara kömək edəcək

Azərbaycanın bank sektorunda yaranmış problemlərin həlli məqsədi ilə yeni mexanizmin tətbiqi təklif olunur.



Bakı Tiflislə qaz məsələsində razılaşdı

SOCAR və Gürcüstan hökuməti arasında Azərbaycandan nəql olunan qazın həcminin artırılması ilə bağlı Memorandum imzalanıb.

***

Prezidentdən gömrüklə bağlı mühüm SƏRƏNCAM

Azərbaycan prezidenti İlham Əliyev gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

***

Azərbaycanda 81 deputata vəzifə verildi - SİYAHI

Azərbaycan Milli Məclisinin (MM) parlamentlərarası əlaqələr üzrə işçi qruplarına yeni rəhbərlər seçilib.

***

Daha bir icra başçısı işdən çıxarıldı

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Abuzər oğlu Kərimov tutduğu vəzifədən azad edilib.

***

`Xarici İşlər Nazirliyinə on dəfə demişik...`

“Dəfələrlə Milli Məclisə belə beynəlxalq sənədlər daxil olanda mənə elə gəlir ki, bunu tərcüməçi yox, kompüter tərcümə edib”. Bunu parlamentin sədr müavini Valeh Ələsgərov “Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna qoşulmaq haqqında” sənədi müzakirə edən zaman deyib.

***

`İran və `Qazprom`dan qaz almağa ehtiyac yoxdur - Kaladze

“Hazırda bizə əlavə həcmdə qaz lazım deyil”. Bunu Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze deyib.



Siyasətçilərin saç düzümü fərqli olsaydı... - ŞƏKİLLƏR

Siyasətçinin imicinin kütlə tərəfindən qavranılmasında onun obrazı çox mühüm rol oynayır. Bəzən kiçik bir detalı dəyişmək bəs edir ki, bütün obraz tam fərqli şəkil alsın.

***

Röyanın keçmiş dostu axtarışa verildi - Foto

Azərbaycanlı iş adamı Azad İsayev “İnterpol” xəttilə axtarışa verilib.

***

Rusiya Azərbaycana neft hasilatını `dondurmağı` təklif edir

Rusiyanın energetika naziri Aleksandr Novak Azərbaycanın neft hasilatının “dondurulması” təşəbbüsünə qoşulacağına ümid edir.

***

`Daha bir neçə icra başçısı işdən çıxarılacaq`

“Cənab prezident hər zaman müşavirələrdə xəbərdarlıq edir ki, icra başçıları vətəndaşların yanında olmalı, onların problemlərini həll etməlidir”. Bunu deputat Vahid Əhmədov son iki gündə bir neçə icra başçısının işdən çıxarılmasına münasibət bildirərkən deyib.

***

Kadırov həyəcandan 8 kq arıqlayıb

Çeçenistan prezidenti Ramzan Kadırov ağır çəkili boksçu Ruslan Çaqayevlə avstraliyalı Lukas Braun arasında keçiriləcək WBA üzrə Dünya Çempionu titulu uğrunda mübarizəyə görə çox həyəcan keçirir.

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti