Erməni ona türklə xəyanət edən arvadını öldürdü

Erməni ona türklə xəyanət edən arvadını öldürdü
  02 Mart 2016    Oxunub:6798
Ermənistanda Eqina Dambazyanın işi üzrə keçirilən məhkəmə zamanı onun həyat yoldaşı Artak Arakelyan 30 bıçaq zərbəsi vurmaqla arvadını öldürdüyünü etiraf edib.
Bu barədə AzVision.az `Novosti-Armeniya`ya istinadən xəbər verir.

Qətli qısqanclıq zəminində baş verib. Rusiyadan geri qayıdan ər həyat yoldaşının ona qarşı münasibətinin dəyişdiyini bildirib.

Daha sonra o, `Skype`da axtarış etdiyi zaman həyat yoldaşının mal aldıqları türklə gecə yarısı saatlarla danışdığının şahidi olub.

Məhkəmə işinə yeni prokurorun təyin olunması və ona işlə tanış olmaq üçün vaxt lazım olduğundan iclas martın 12-ə təxirə salınıb.

Jurnalistlərə açıqlamasında öldürülən şəxsin bacısı Kristina bəyan edib ki, Eqine türklə pul borcuna dair məsələləri müzakirə edib. O, iddia edib ki, Artak müntəzəm olaraq Eqineni döyüb: “Onlar türkə 1000 dollar borclu idi. O, həmişə zəng edir və pulları geri qaytarmağı tələb edirdi. Artak özü danışmaq istəmir, o həmişə bacımı cavab verməyə məcbur edirdi. İndi o, birdən –birə qısqandığını bildirdi”.

Qeyd edək ki, Artak Arakelyan Eqine Dambazyanı 27 sentyabr 2015-ci ildə qətlə yetirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti