Ələkbərov sədr təyin edildi

Ələkbərov sədr təyin edildi
  26 Fevral 2016    Oxunub:2243
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) rabitə, informasiya və kommunikasiya texnologiyaları adlı yeni komissiyasına sədr təyin edilib.
Konfederasiyadan verilən məlumata görə, “Neuron Technologies” şirkətinin rəhbəri İsmayıl Ələkbərov ASK-nın rabitə, informasiya və kommunikasiya texnologiyaları komissiyasının sədri təyin olunub.

Sözügedən komissiya rabitə və İKT sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətlərinin maraqlarını təmsil edərək, bu sahədə özəl sektorun inkişafı, milli məhsulların xarici ölkələrdə təşviq edilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması istiqamətində fəaliyyət göstərəcək.

Komissiyanın sədri İ.Ələkbərov bildirib ki, Azərbaycanda rabitə, informasiya və kommunikasiya texnologiyalarının inkişafı üçün böyük potensial mövcuddur. Hazırda komissiyanın tərkibi formalaşdırılır və yaxın zamanda yeni üzvlərin iştirak edəcəyi ilk iclasın keçirilməsi nəzərdə tutulub.(AzerTac)

AzVision.az


Teqlər:  





Xəbər lenti