Tədarük olunan qanın həcmi artıb
Qanvermə aksiyalarında iştirak edən könüllü donorların sayının artması müşahidə olunur. 2015-ci ildə qanvermə aksiyalarında 75184 nəfər iştirak etmişdisə, 2014-cü ildə analoji göstərici 72697 nəfər olub.
Donor qanının əksər hissəsi Mərkəzi Qan Bankında, Milli Onkologiya Mərkəzində və Respublika Kliniki Tibbi Mərkəzdə toplanıb. Ümumilikdə, 2015-ci ildə, Aşura günü keçirilən tədbirlər nəzərə alınmadan, 318 qanvermə aksiyası keçirilib.
Tədarük olunan qan və komponentlərindən hemofiliyalı və talassemiyalı xəsətələrə, həmçinin qana ehtiyacı olan bütün şəxslərin müalicəsində istifadə olunur. SN-nin təşkilatçılığı ilə Bakı və regionlarda könüllü qanvermə aksiyaları davam edir.