Əbülfəz Qarayevdən yeni direktor təyinatı

Əbülfəz Qarayevdən yeni direktor təyinatı
  15 Fevral 2016    Oxunub:1733
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Nizami Kino Mərkəzinə yeni rəhbər təyin edib.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrinə əsasən, 11 fevral 2016-cı il tarixindən etibarən Leyli Şəmsəddin qızı Mirzəyeva Nizami Kino Mərkəzinin direktor vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Leyli Mirzəyeva Bakı Musiqi Akademiyasının məzunudur. Müxtəlif dövrlər ərzində o, "Kainat" Gənclik Mərkəzinə layihələr üzrə koordinator, Nizami Kino Mərkəzində marketinq şöbəsinin müdiri və kino işləri üzrə direktor müavini vəzifələrində çalışıb.

AzVision.az



Teqlər:  





Xəbər lenti