Erməni nazir Saakaşviliyə `dələduz` dedi

Erməni nazir Saakaşviliyə `dələduz` dedi
  15 Fevral 2016    Oxunub:2116
Ukraynanın Daxili İşlər naziri Arsen Avakov Odessa vilayətininin qubernatoru Mixail Saakaşvilinin ünvanına xoşagəlməz ifadələr işlədib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, nazir Saakaşvilini “siyasi dələduz” adlandırıb.

Avakov öz fikirlərini rəsmi Tvitter hesabında izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, Ukraynanın daxili işlər naziri Arsen Avakov Mixail Saakaşvilinin ona ölkənin baş naziri postunu təklif etdiyini açıqlayıb. A. Avakov “Zerkalo nedeli” qəzetinə müsahibəsində bildirib ki, M.Saakaşvili ilə aralarında olan dekabr münaqişəsindən bir neçə gün əvvəl M. Saakaşvili kabinetinə gələrək ona hökumətə rəhbərlik etməyi təklif edib: “Saakaşvili dedi ki, “Gəl razılaşaq, sən baş nazir ol, mən də baş nazirin birinci müavini”.

A. Avakov əlavə edib ki, M. Saakaşvili baş nazir postuna alternativ namizəd kimi Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksandr Turçinovu göstərib. O, həmçinin Odessa qubernatoru Mixail Saakaşvilinin prezident Petro Poroşenkoya müxalif qrupa qoşulduğunu iddia edib.

Xatırladaq ki, ötən il dekabrın 14-də Ukrayna Milli İslahatlar Şurasının iclasında A. Avakovla M. Saakaşvili arasında açıq münaqişə baş verib. Onlar bir-birini korrupsiyada ittiham edib təhqiramiz ifadələr səsləndiriblər. A. Avakov hətta M. Saakaşviliyə su ilə dolu stəkan atıb.

AzVision.az


Teqlər:





Xəbər lenti