ABŞ-da prezidentliyə namizədi `sendiviç` etdilər – VİDEO

ABŞ-da prezidentliyə namizədi `sendiviç` etdilər – VİDEO
  11 Fevral 2016    Oxunub:2669
ABŞ prezidentliyinə namizədlərin Nyu Hempşirdə keçirilən ilkin seçkilər nəticələrlə yanaşı, maraqlı məqamla yadda qalıb.
Belə ki, `MSNBC` telekanalının aparıcı Kris Hayes (Cris Hayes) Demokratlar Partiyasından prezidentliyə namizəd Berni Sandersin (bernie Sanders) adını açıqlayarkən onu səhvən Berni Sendiviç adlandırıb.

Jurnalistin bu səhvi ABŞ-da böyük əks-səda doğurub və #BernieSandwiches haştağı sosial şəbəkələrdə böyük marağa səbəb olub.



Qeyd edək ki, bazar günü Respublikaçı – milyarder Donald Tramp və senator-demokrat Berni Sanders Nyu-hempşir ştatında keçirilən ilkin seçkilərdə Demokratlar və Respublikaçılar partiyasından olan rəqiblərinə qalib gəliblər.

Tramp seçicilərin 33 faizinin səsini yığıb. Onun ən yaxın rəqibi, Ohayo qubernatoru Con Keysic isə milyarderdən təxminən iki dəfə az səs toplayıb. Ceb Buş isə 11,9 faiz səslə üçüncü pillədə qərarlaşıb. Ayova ştatında keçirilən ilkin seçkilərdə qalib gələn Ted Kruz isə bu dəfə dördüncü olub.

Demokratlardan Berni Sanders seçicilərin 53,3 faiz səsini yığıb. Onun əsas rəqibi, sabiq dövlət katibi Hilari Klinton isə 44,6 faiz səs toplayıb.

Donald Tramp öz növbəsində Sandersi təbrik edib. Lakin milyarder ona ABŞ prezidenti olmağa imkan verməyəcəyini deyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti