Komitə sədri sahibkarlarla görüşüb

Komitə sədri sahibkarlarla görüşüb
  10 Fevral 2016    Oxunub:1534
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bu gün Cəlilabad rayonunda ictimaiyyət nümayəndələri və sahibkarlarla görüşüb.
AzVision.az-a daxil olan məlumata görə, görüşdə Cəlilabad rayonunun inkişafı və bu il həyata keçiriləcək tədbirlər barədə məlumat verilib.

Komitə sədri çıxışında qarşıya qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın neftdən asılılıqdan azad edilməsi kimi mühüm vəzifələr qoyulduğunu bildirib: “Ölkəmizdə iqtisadiyyatın daha da gücləndirilməsi və əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. 2015-ci ildə bütün sosial proqramlar icra edilib və heç bir proqram ixisar edilməyib. Yüz mindən çox yeni iş yerləri açılıb ki, onlardan 84 mini daimi iş yeridir. Maaş və pensiyalar artırılıb. Daxili bazarın, yerli istehsalın qorunması, inhisarçılığa yol verilməməsi istiqamətində işlər aparılır”.

O qeyd edib ki, Azərbaycan Prezidenti yanında Apellyasiya Şurasının yaradılması barədə Fərmanın verilməsi məhz sahibkarlara, fiziki və hüquqi şəxslərə göstərilən diqqətdir və onların hüquq və mənafelərinin daha yüksək səviyyədə qorunmasıdır.

Görüşdə bir neçə sahibkar Cəlilabad rayonunda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, sahibkarlığa göstərilən dəstəyin və imkanların artırılması barədə fikir və təkliflərini bildiriblər. Eyni zamanda, digər ictimaiyyət nümayəndələrinin də təklif və müraciətləri dinlənilib. Rayonda sahibkarlığın inkişafı, məhsul istehsalının artırılması, sosial-iqtisadi sahədə yeni tədbirlərin reallaşdırılması ilə bağlı müzakirələr aparılıb.


Teqlər:  





Xəbər lenti