Tramp qalib gəldi, Klinton isə...

Tramp qalib gəldi, Klinton isə...
  10 Fevral 2016    Oxunub:2675
Respublikaçı – milyarder Donald Tramp və senator-demokrat Berni Sanders Nyu-hempşir ştatında keçirilən ilkin seçkilərdə Demokratlar və Respublikaçılar partiyasından olan rəqiblərinə qalib gəliblər.
Bu barədə AzVision.az `Reuters`-ə istinadən xəbər verir.

Bülletenlərin 4 faizinin hesablanmasından sonra Tramp seçicilərin 33 faizinin səsini yığıb. Onun ən yaxın rəqibi, Ohayo qubernatoru Con Keysic isə milyarderdən təxminən iki dəfə az səs toplayıb. Ceb Buş isə 11,9 faiz səslə üçüncü pillədə qərarlaşıb. Ayova ştatında keçirilən ilkin seçkilərdə qalib gələn Ted Kruz isə bu dəfə dördüncü olub.

Demokratlardan Berni Sanders seçicilərin 53,3 faiz səsini yığıb. Onun əsas rəqibi, sabiq dövlət katibi Hilari Klinton isə 44,6 faiz səs toplayıb.

Donald Tramp öz növbəsində Sandersi təbrik edib. Lakin milyarder ona ABŞ prezidenti olmağa imkan verməyəcəyini deyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti