Dünya liderləri Kimə qarşı - BMT-də təcili iclas
Venesuelanın BMT yanındakı daimi nümayəndəsi Rafel Ramires bildirib ki, KXDR Şuranın qətnamələrini kobud şəkildə pozub.
İclasda Pxenyanı bu hərəkətlərdən çəkindirən çağırışlar səslənib.
Yaponiya, Fransa, Rusiya, Türkiyə və eləcə də digər ölkələr Şimali Koreyanın bu addımına etiraz edib.
Fransanın BMT-dəki nümayəndəsi Fransua Delatr bəyan edib ki, beynəlxalq aləm Pxenyanın bu hərəkətlərinə zəiflik nümayiş etdirməməlidir.
Fransalı diplomat deyib ki, Şimali Koreya ilə bağlı qətnamə nə qədər tez qəbul edilərsə, bir o qədər yaxşı olar.
Qeyd edək ki, Şimali Koreya bu gün yerli vaxtla saat 09.01-də (Bakı vaxtı ilə 04.31-də) ölkənin qərb sahilində yerləşən “Soxe” kosmodromundan raket buraxılışı həyata keçirib.
Raketin buraxma anı Yaponiyanın Okinava adasında qeydə alınıb. Şimali Koreya rəsmiləri raket buraxılışının uğurla həyata keçirildiyini bəyan ediblər.
BMT-nin baş katibi Pan Gi Mun “Kvanmönson-4” süni peykinin buraxılışını uğurla həyata keçirdiyini bəyan edən Koreya Xalq Demokratik Respublikasını (KXDR) təxribatçı əməlləri dayandırmağa və beynəlxalq ictimaiyyət qarşısındakı öhdəliklərinə əmək etməyə çağırıb. O bildirib ki, ballistik raket buraxılışının həyata keçirilməsi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması deməkdir.
AzVision.az