İham Əliyevin Londonda qatıldığı konfrans – CANLI YAYIM

İham Əliyevin Londonda qatıldığı konfrans – CANLI YAYIM
  04 Fevral 2016    Oxunub:4101
Böyük Britaniyanın paytaxtı Londonda “Suriyaya və regiona dəstək” donor konfransı işə başlayıb.

AzVision.az xəbər verir ki, tədbir Böyük Britaniya, Almaniya, Küveyt, Norveç və BMT-nin birgə təşkilatçılığı ilə keçirilir.

Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.

Dövlət başçısı BMT-nin baş katibi Pan Gi Mun, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Devid Kemeron, Almaniya kansleri Angela Merkel, Norveç Krallığının baş naziri Erna Solberq və Küveyt Dövlətinin əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın dəvəti ilə tədbirə qatılıb.

Konfransda Suriyaya təcili və uzunmüddətli yardımın təmin edilməsi, regionda humanitar və təhsil layihələrinin reallaşdırılması, böhrandan əziyyət çəkən qaçqınların sosial problemlərinin həll olunması, onları qəbul edən ölkələrə dəstək göstərilməsi məsələləri müzakirə edilir.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti