Donald Tramp ilk seçkini uduzdu

Donald Tramp ilk seçkini uduzdu
  02 Fevral 2016    Oxunub:2906
Texas senatoru Ted Kruz respublikaçıların Ayova ştatında keçirilən nominasiya seçkisində qalib gəlib.

Namizədlik kampaniyasında indiyədək şəriksiz lider olan Donald Trampın məğlubiyyəti gözlənilməz olub.

Ayova ştatında keçirilən ilkin namziəd nominasiyasında Tramp bundan əvvəlki kampaniyada olduğu kimi şəxsi populyarlaığına arxalanırdı.

CNN xəbər verir ki, Trampın “böyük fərdiyyətçiliyi”, sosial mediada fəallığı və izdihamlı mitinqləri Kruz-un ənənəvi siyasi yanaşması qarşısında gücsüz görünüb.

Ted Kruz ştatda dindar seçicilər arasında kampaniya aparıb. Bu qələbə respublikaçıları bir də ona görə ruhlandırıb ki, bu, Ronald Reagan-dan bu yana onların “öz partiyadaşlarının” uğuru olub.

Kruz bu seçkidə səslərin 28, Tramp 24 və gözlənilmədiyi halda Marko Rubio 23 faizini yığa bilib.

Demokrat namizədlərin eyni ştatda keçirilən seçkisində Hillari Klinton kiçik fərqlə Berni Sandersi qabaqlayır. Xanım Klinton səslərin 50, Sanders isə 49 faizini toplayıb, lakin burada səslərin hamısı sayılmayıb.

Qeyd edək ki, bazar ertəsi keçirilən rəy sorğuları Trampın Ayovada qəti qələbə qazanacağını göstərirdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti