`Tarqovu`da polislə gitaraçı arasında dava - FOTO

`Tarqovu`da polislə gitaraçı arasında dava - FOTO
  30 Yanvar 2016    Oxunub:6308
Bakının mərkəzində xoşagəlməz hadisə baş verib.
AzVision.az-ın əməkdaşının verdiyi məlumata görə, paytaxtın “Tarqovu” kimi tanın Nizami küçəsində gitara ifa edərək pul toplayan gənclə polis əməkdaşları arasında insident yaşanıb.

Polis “insanlara mane olursan”-deyə gənci ərazidən uzaqlaşdırmaq istəsə də, tərəflər arasında mübahisə düşüb. Əraziyə Post Patrul Xidmətinin əməkdaşlarının gəldiyini görən gənc qaçmağa başlayıb. Polislər gitaraçını tutmaq üçün “Tarqovu”da qaçmalalı olublar.

Polisdən qaçan oğlan Nəsimi heykəlinin yanında huşunu itirərək yerə yıxılıb.

Adı məlum olmayan şəxsin ürəyi getdiyindən əraziyə təcili tibbi yardım çağırılıb. Həkimlərin müdaxiləsindən sonra oğlan özünə gəlib.



AzVision.az


Teqlər:  





Xəbər lenti