`Prezident düzgün addımlar atır...` - Xalq artistləri

`Prezident düzgün addımlar atır...` - Xalq artistləri
  28 Yanvar 2016    Oxunub:4444
Prezident İlham Əliyevin maaş və pensiyaların artırılması ilə bağlı imzaladığı sərəncamlar sənət adamları tərəfindən yüksək qiymətləndirilir.

Xalq artisti Firəngiz Müttəlimova maaşların artırılmasına görə, ölkə başçısına təşəkkürünü bildirib.

“Prezident İlham Əliyevin maaş və pensiyaları artırması hər kəs kimi, bizi də sevindirdi. Ölkə başçısının bu qərarını alqışlayıram. Bu sevinci bizə bəxş etdiyi üçün cənab prezidentə təşəkkür edirik”.



Aktrisanın sözlərinə görə, prezident İlham Əliyev ölkəmizin inkişafı üçün əlindən gələni edir:

“İlham Əliyev hər addımında Azərbaycan xalqını düşünür. Maaşların artırılması hazırda vəziyyətdə çoxları üçün gözlənilməz olsa da, prezident bu addımı ilə hamını sevindirdi. Mənim də maaşın artıb. Prezidentimiz öx xalqına qiymət verir, hər bir çətinlikdə yanımızda olduğunu göstərir. Dünyada böhran olsa da, inanıram ki, prezidentimizin atdığı düzgün addımlar nəticəsində Azərbaycan daha da inkişaf edəcək”.



Xalq artisti, professor Arif Babayev də prezidentin atdığı addımları dəstəklədiyini bildirib.

“Prezidentimiz sənət adamlarının, peşə sahiblərinin əməyini yüksək qiymətləndirir. Gərək biz də hər çətinliyə dözək. Ölkədə iqtsiadi proseslərdən dolayı müvəqqəti çətinlik ola bilər. Amma prezidentimizə inanırıq ki, ölkəmizi bu çətinlikdən xilas edə biləcək. Bir az səbr etmək lazımdır.

Ölkə başçısı demək olar ki, hamının maaşını artırdı. İndiki vəziyyətdə heç bir ölkədə maaşlar, pensiyalar artmır. Sağ olsun, cənab prezident bizim də maaşımızı artırdı. İnsanlar bir az səbr etsələr, hər şey yaxşı olacaq. Belə vaxtlarda xalq prezidentin yanında olmalı, ailə büdcəsinə qənaət etməlidir. Mənim maaşım 400 manatdır. 100 manat da Xalq artisti adına görə alıram. Çalışıram qənaət edim. Damla-damla göl olar. Bir az çətinlik ola bilər, amma dözməliyik”-deyə Xalq artisi vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti