“YUĞ” teatrı hara köçürüləcək?

 “YUĞ” teatrı hara köçürüləcək?
  26 Yanvar 2016    Oxunub:1549
Xəbər verildiyi kimi, Bakı şəhərinin baş planına uyğun olaraq, Yasamal rayonu ərazisində söküntü, abadlıq işləri həyata keçirilir.
Aparılan yenidənqurma işlərinin planına uyğun olaraq, həmin ərazidə yerləşən Azərbaycan Dövlət “Yuğ” teatrının (M.Muxtarov küçəsi, 83) binasının da sökülməsi nəzərdə tutulub.

Mədəniyyət və Turizim Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Nazirliyinin müvafiq qərarına əsasən 2016-cı ilin fevral ayının 1-dən etibarən “YUĞ” Dövlət Teatrı yaradıcılıq fəaliyyətini Azərbaycan Dövlət Kukla Teatrında davam etdirəcək.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti