Prezident İsveçrəyə getdi

Prezident İsveçrəyə getdi
  20 Yanvar 2016    Oxunub:2496
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 20-də İsveçrəyə işgüzar səfərə gedib.

Qeyd edək ki, forumda Azərbaycan prezidenti İlham Əliyevlə yanaşı ABŞ vitse-prezidenti Cozef Bayden, dövlət katibi Con Kerri, Böyük Britaniyanın baş naziri Devid Kemeron, Kanada baş naziri Jastin Trudeaun, İran xarici işlər naziri Cavad Zərif, Yunanıstan baş naziri Aleksis Tsipras və Türkiyənin baş naziri Əhməd Davudoğlunun iştirakı gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti