Əmanətlərlə bağlı qanun qəbul edildi

Əmanətlərlə bağlı qanun qəbul edildi
  19 Yanvar 2016    Oxunub:3625
Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında “Əmanətlərin tam sığortalanması haqqında” qanun layihəsi qəbul edilib.
AzVision.az xəbər verir ki, sənəd barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

Qanuna əsasən, qanun qüvvəyə mindiyi gündən etibarən faizləri əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikası Qanununun 8.1.20 maddəsinə uyğun olaraq, əmanətlərin sığortalanması Fondunun Himayəçilər Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətini həyata keçirilməsi üçün xüsusi razılığa, lisenziyaya malik fondun iştirakçı bankları tərəfindən 3 il müddətinə tam sığortalanır. Qanun qüvvəyə mindiyi günə, bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi lisenziyaya, razılığa malik olan banklarda mövcud olan qorunan əmanətçilərin əmanətləri üzrə illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilər Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olduqda həmin əmanətçilər əmanətləri üzrə tam sığorta təminatı əldə etmək üçün əmanət müqavilələrini bu qanuna uyğun olaraq yenidən rəsmiləşdirməlidirlər. Bu halda müddəti qurtarmadan yeni faiz şərtləri ilə rəsmiləşdirilən müddətli əmanətlər üzrə faizlər rəsmiləşdirmə gününə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq tam məbləğdə hesablanıb ödənilir.

Daha sonra layihə səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, bu qanun 2016-cı ilin fevralın 1-dən qüvvəyə minəcək.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti