İran Rusiyanı da `vurdu` - Dollar sürətlə bahalaşır

İran Rusiyanı da `vurdu` - Dollar sürətlə bahalaşır
  18 Yanvar 2016    Oxunub:8236
Rusiyada ABŞ dollarının birja məzənnəsi 2016-ci ildə ilk dəfə 79 RUB/USD psixoloji həddinə yaxınlaşıb.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hazırda məzənnə 1.16 rubl bahalaşaraq – 78,7 RUB/USD-yə çatıb.

Rusiyada bir avro isə 85,71 rubla satılır.

Rublun belə sürətlə ucuzlaşmasına səbəb Qərbin İrana qarşı sanksiyaların ləğv etməsindən sonra neft qiymətlərinin kəskin aşağı düşməsidir.

Qeyd edək ki, ötən ilin yanvarın 26-da və avqustun 24-də dolların birja məzənnəsi 72 RUB/USD-yə qədər artsa da, sonradan enib.

Xatırladaq ki, 2014-cü il dekabrın 15-də bazarda məzənnə 80 RUB/USD-yə kimi yüksəlib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti