Tramp müsəlmanları ABŞ-a buraxmayacaq

Tramp müsəlmanları ABŞ-a buraxmayacaq
  15 Yanvar 2016    Oxunub:1741
Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd olan iş adamı Donald Tramp müsəlmanların ABŞ-a gəlməsinin qadağan olması fikrində qaldığını bir daha təkrarlayıb.
Bu barədə AzVision.az `RİA Novosti”yə istinadən xəbər verir.

“Siyasi çıxışlara son qoymaq lazımdır. Bizim radikal islamla problemlərimiz var”, - deyə Tramp seçkiöncəsi teledebatlarda çıxışı zamanı bildirib.

Biznesmen qeyd edir ki, bu ideyanı müsəlmanların özləri də dəstəkləyir: “Mənim xeyli sayda müsəlman dostlarım var. Onların böyük əksəriyyəti bu mövzunu qaldırdığıma görə mənə minnətdardırlar”.

Qeyd edək ki, Tramp Respublikaçılar partiyasından seçkiöncəsi prezident yarışının lideridir. O, bir neçə ay əvvəl bəyan edib ki, seçkilərdə qalib gələcəyi təqdirdə bütün müsəlmanların ABŞ-a gəlməsini qadağan edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti