Bakıda DSK sədrinin oğlunu öldürdülər

Bakıda DSK sədrinin oğlunu öldürdülər
  12 Yanvar 2016    Oxunub:4892
Bakıda işgəncə ilə öldürülən şəxslə bağlı bəzi faktlar məlum olub.
AzVision.az APA-ya istinadən xəbər verir ki, yanvarın 7-də paytaxtın Nizami rayonu, R.Rüstəmov küçəsi ev 4, mənzil 46 ünvanında qətlə yetirilən Fərid Abbasov 124 saylı Şuşa-Xocalı-Xocavənd-Ağdam Dairə Seçki Komissiyasının sədri Vahid Abbasovun oğludur.

V. Abbasov açıqlamasında oğlunun qatillərinin hələ tapılmadığını bildirib: “Oğlum bir aydan çox idi tək yaşayırdı. Ailəsində söz-söhbət olduğu üçün həyat yoldaşı uşaqları da götürüb evdən gedib. Fəridin səhhətində də problemləri var idi. Biz şuşalıyıq. Qarabağ müharibəsində atılan top mərmilərinin səsindən onda psixoloji problemləri yaranmışdı. Dəfələrlə bundan müalicə də alıb. Ona görə də heç yerdə işləmirdi. Paltarını, yeməyini özüm aparırdım. Kimlərlə əlaqələrinin olduğunu bilmirdim”.

V. Abbasov hadisə ilə bağlı polisə ifadə verdiyini qeyd edib: “Hələlik istintaq gedir. Bildiyimə görə tutulan yoxdur”.

Qeyd edək ki, yanvarın 7-də Fərid Abbasovun üzərində zorakılıq əlamətləri (döyülmə üçün xarakterik olan) və qolları bağlı vəziyyətdə olan meyiti kirayədə yaşadığı Nizami rayonu R. Rüstəmov küçəsindəki mənzidə tapılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti