Bakıda doğulan erməni Kasparovun nankorluğu

Bakıda doğulan erməni Kasparovun nankorluğu
  12 Yanvar 2016    Oxunub:41306
Şahmat üzrə dünya çempionu Harri Kasparov Bakıda doğulmasına baxmayaraq, Azərbaycanla heç bir əlaqəsinin olmadığını bildirib.
AzVision.az xəbər verir ki, erməni əsilli şahmatçı müsahibəsi zamanı Bakıdan 1990-cı ilin yanvar ayında çıxdığını bildirib. Kasparov Bakıda dünyaya gəlsə də, özünü Moskva sakini kimi hiss etdiyini deyib:

“Mən həmişə demişəm ki, paytaxtı Moskva olan bir ölkədə doğulmuşam və SSRİ dağılandan sonra da paytaxt Moskvada yaşamağa davam etdim”-deyə Kasparov qeyd edib.

Kasparov pasportunda doğulduğu yerin Bakı şəhəri qeyd edildiyini, lakin Azərbaycanla heç bir əlaqəsinin olmadığını deyib.

Erməni şahmatçı müsahibəsi zamanı Bakı ilə bağlı xatirələrindən danışmayıb.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti