Bugünkü qəzetlərdən ən maraqlı yazılar

Bugünkü qəzetlərdən ən maraqlı yazılar
  21 Fevral 2013    Oxunub:1847
Bakı Xəbər

Müsavat Prezidentliyə namizədini qurultay keçirmədən elan edəcək


Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib ki, hökumət qurultayın keçirilməsi üçün yer ayrılması məsələsində passivlik göstərir və bununla bağlı beynəlxalq təşkilatlara müraciət edilib. A. Hacılı bildirib ki, prezidentliyə namizədin irəli sürülməsi üçün Qurultaya ehtiyac yoxdur, partiyanın nizamnaməsinə görə qurumun məclisinin belə bir səlahiyyəti var.

Bizim Yol

“Oğluma hər şeyi başa saldım”


Mərhum eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı bağlı bir müddət əvvəl gündəmi zəbt edən xəbərlər yenidən dövriyyəyə buraxılıb. Elçibəyin qardaşı Almurad Əliyevin oğlu Hürrü Əliyev yenidən Elçibəyin zəhərlənərək, öldürülməsindən danışdı. Xüsusilə, AXCP sədri Əli Kərimlini hədəfə alan H.Əliyev istintaqın nəticələrini gözlədiklərini deyib. Maraqlıdır, başqalarına zəhərlənmə söhbətinə son qoymağı tələb edən Almurad Əliyev öz oğluna nə deyir?
Bu sualla Almurad Əliyevə müraciət etdik. Oğlu ilə söhbət etdiyini deyən A.Əliyev onu başa saldığını dedi: “Mən ona hər sözü dedim. Başa saldım ki, hər şeyi. Bu söhbəti də yığışdıracaq. Bu söhbət bitib gedib. Yenidən danışıb, yazmaq lazım deyil”.


Yeni Müsavat

ABŞ səfiri İlham Əliyevin çıxışından məmnun olub


ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar Prezidentin çıxışından məmnun qaldığını deyib: “Prezident İlham Əliyevin çıxışından sonra atılan addımlar göstərir ki, prosesin davamı olacaq. Biz bu prosesin davamımı gözləyirik, xüsusilə də korrupsiya ilə mübarizədə ciddi nəticələr gözləyirik”?- deyə o bildirib.


Söyün Sadıqov Azərbaycan iqtidarına nümunə göstərildi

Rusiya prezidenti Vladimir Putinin sədrliyi ilə keçirilən və millətlərarası münasibətlərə həsr olunmuş iclasda “AzerRos”un keçmiş prezidenti, Bakıdan tez-tez sərt tənqid olunan Söyün Sadıqov Azərbaycana nümunə göstərilib. Putin bir gün əvvəl Rusiya prezidenti yanında Millətlərarası münasibətlər Şurasının iclasını keçirib. İclasda Rusiyanın 2025-ci ilə qədər milli siyasətinə dair Putin tərəfindən irəli sürülmüş planın həyata keçirilməsi məsələsi müzakirə olunub.
İclasda Söyün Sadıqov da iştirak edib. Bu günlərdə isə yayılan müsahibəsində isə S.Sadıqov xəbərdarlıq etmişdi ki, Rusiya azərbaycanlıları seçkilərdə Putinin Avrasiya İttifaqı ideyasını dəstəkləyən namizədi müdafiə edəcək. S.Sadıqovun hər dəfə bu cür mesajlarla çıxış etməsi Bakıdan dərhal kəskin reaksiyalara səbəb olub. YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov onu ən ağır ifadələrlə təhqir edir, bildirir ki, Bakıdakı digər hakimiyyət təmsilçiləri S.Sadıqovun “Rusiyadakı müəyyən anti-azərbaycançı dairələr tərəfindən danışdırıldığını” deyirlər.


“El” hərəkatı martda elan ediləcək

Bir neçə ay öncə Ziyalılar Forumu “EL” adlı hərəkatın yaranacağı ilə bağlı anons verib. Ziyalılar Forumunun təsisçisi Rüstəm İbrahimbəyov, eləcə də hərəkata rəhbərlik edəcəyi gözlənilən politoloq Eldar Namazov hərəkatın qısa zamanda elan ediləcəyini bildirib. Ancaq aradan iki aya yaxın zaman keçsə də hərəkatın elan olunması ləngiyir. Ziyalılar Forumunun üzvü, eyni zamanda “EL” hərəkatının lideri kimi təqdim olunan politoloq Eldar Namazov öz müsahibəsində bildirib ki, hazırlıq işlərin 90% bitib və mart ayının əvvəllərində hərəkatın rəsmi təqdimatını keçiriləcək. E.Namazovun sözlərinə görə, “El” hərəkatı Ziyalılar Forumu ilə heç bir bağlantısı olmayan müstəqil təşkilat olacaq. Bundan başqa, politoloq qeyd edir ki, cəmiyyətdə Ziyalılar Forumunun payızda gözlənilən prezident seçkilərinə siyasi qüvvə olaraq qatılması ilə bağlı sosial sifariş yaransa da, qurum siyasi fəaliyyətlə məşğul olmadığını əvvəllər də açıqlayıb və bu mövqe dəyişməyəcək.

İsmət Abbasovun yerinə adam tapılıb

Kənd təsərrüfatı naziri İsmət Abbasovun vəzifəsindən uzaqlaşdırılması yenidən gündəmə gəlib. Bizə etibarlı mənbədən məlum olub ki, hörmətli İsmət Abbasovun yerinə Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayevin gətirilməsi gözlənilir. Məlumatda qeyd olunur ki, heç bir qrupa daxil olmayan, ciddi dəstəyi olmayan kənd təsərrüfatı nazirinə qarşı yeni hücuma start verilməsi hakimiyyətdaxili mübarizənin daha da gərginləşdiyini göstərir. Məhz seçki ilində belə proseslərin baş verməsini müxtəlif cür izah etmək olar.



Gündəm Xəbər
Abbas Abbasovun Naxçıvan əməliyyatının şok gizlinləri


«Milyarderlər İttifaqı» Azərbaycanın bütün bölgələrində, ən başlıcası isə Naxçıvanda özünə dayaq yaratmaq fikrindədir.
Mənbə «Milyarderlər İttifaqı» ilə əlaqəli biri olduğunu vurğulayraq bildirir ki, «Milyarderlər İttifaqı»nda Naxçıvana təsir imkanları nəzərdən keçirilib və bu məqsədlə də Abbas Abbasova təlimatlar verilib. Abbas Abbasov isə öz növbəsində yaxın əlaqələrə malik olduğu Naxçıvan Muxtar Respublikası Baş nazirinin sabiq müavini – kənd təsərrüfatı naziri Məmməd Abbasovla gizli əlaqələr yaradaraq qurumun burdakı layaqlarını yaratmağa cəhd göstərib. Abbas Abbasovla xarici ölkələrdən birində gizli görüş keçirən Məmməd Abbasov sonda de-şifrə olunub və buna görə də öz vəzifəsini itirib. Məlumata əsasən Məmməd Abbasov Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini, həmçinin kənd təsərrüfatı naziri vəzifəsindən məhz «Milyarderlər İttifaqı» ilə qurduğu gizli əlaqəyə görə azad edilib.


Təhsil Nazirliyində post-Mərdanov dövrünə hazırlıq gedir, şöbə müdirləri plan qurur

Nazirlikdəki etibarlı mənbədən verilən məlumata görə, M.Mərdanovun öz vəzifəsini qoruyub saxlaması qurumdakı iki əsas fiqurun narahatlığına səbəb olub. Mənbə iddia edir ki, İlham Pirməmmədov və İlham Mustafayev mövqelərinin itirildiyini görüb qorxuya düşüblər: “İndi onlar çalışırlar ki, nazir heç olmasa bu il dəyişsin. Hətta ümidləri var ki, Misir Mərdanov 2013-cü ildən o yana keçməyəcək. Bu ümidlə də Mərdanovun yerinə kimin təyin oluna biləcəyini hesablayır və buna uyğun oyun qurmağa çalışırlar. Onlar vaxtaşırı görüşür, müəyyən məsələləri müzakirə edirlər. Belə görüşlər adətən İlham Mustafayevə məxsus “Qızıl balıq” restoranında baş tutur”.


Unikal

Rusiyalı ekspert: “Xocalı aeroportunun açılmasında ABŞ-ın böyük marağı var”


“Rusiyanın Dağlıq Qarabağ müharibəsinə Ermənistan tərəfindən qoşulması müəyyən xüsusi razılıqlar çərçivəsində mümkün ola bilər”. Bunu müsahibəsində rusiyalı politoloq, Xəzər Əməkdaşlıq İnstitutunun baş direktoru Sergey Mixeyev deyib. S. Mixeyev Rusiyanın Ermənistanın Xocalıda aeroport açmaq niyyəti ilə heç bir əlaqəsinin olmadığını söyləyib: “Bu aeroportun açılmasında ABŞ daha maraqlıdır. Rusiya hesab edir ki, Azərbaycan və Ermənistan Dağlıq Qarabağda müharibəyə səbəb olacaq addımlardan çəkinməlidir. Yəni, Rusiya Xocalıda aeroportun açılmasını düzgün addım hesab etmir. Rəsmi Moskva Ermənistanın bu hərəkətini münaqişəni yenidən alovlandıracaq addım sayır. ABŞ-ın isə əksinə, aeroportun fəaliyyətə başlamasında böyük marağı var. Bu maraq İrana qarşı mümkün hərbi əməliyyatlardan irəli gəlir. İranla müharibə başlayan zaman Xocalı aeroportunun fəaliyyəti ABŞ üçün əlverişli olacaq”.


Azadlıq
Dağıstandan Ziya Məmmədova ağır zərbə


Dərbənddə Ziya Məmmədova məxsus olduğu deyilən iki otel, bir istirahət mərkəzi və daha bir neçə obyekt söküləcək. Bu barədə Dərbənddə yaşayan həmyerlimiz Elman Həsənəliyev bildirib. Onun dediyinə görə, sökülən və obyektlər arasında şəhərin Rıbzavod, küçəsi 54 ünvanında yerləşən “Qostinıy dvor”, Krasnaya Zarya küçəsi 13-də yerləşən “Freqat” otelləri var. Bundan başqa Xəzərin sahilində yerləşən “Çayka” istirahət mərkəzinin satınalmasında baş verən qanunsuzluqlarla əlaqədar onun fəaliyyəti dayandırılır. Mənbənin dediyinə görə, Dərbəndin Qamzatov küçəsində və köhnə bazar deyilən ərazidə yerləşən iki restoran da arxitektura qaydalarına uyğun gəlmədiyi üçün söküləcək. Adı gedən ünvanlardakı restoranların təhsil nazirliyində yüksək vəzifədə çalışan məmura aid olduğu deyilir. Otel və istirahət mərkəzlərini isə Ziya Məmmədovun hələ 8-9 il bundan qabaq aldığı bildirilir.


Deputatla nazir müavini arasında qalmaqal


“Mənimlə bağlı Fəzail Ağamalının dediyi fikirlər ağ yalandır. Məni Azərbaycanda hər kəs yaxşı tanıyır. Ailəmi, anamın nəslini hamı yaxşı tanıyır. Biz ziyalı ailəsinin, bəy nəslinin nümayəndəsiyik. Ona görə də bu deyilənlərə ancaq Fəzail kimi insanlar ciddi yanaşa bilər”. Bu sözləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov AVP sədri, deputat Fəzail Ağamalının onun barəsində səsləndirdiyi ittihamlara cavab olaraq bildirib.


Teqlər:





Xəbər lenti