ABŞ `Cəhənnəm odu`nu səhvən Kubaya apardı

ABŞ `Cəhənnəm odu`nu səhvən Kubaya apardı
  08 Yanvar 2016    Oxunub:2397
Amerikanın Hellfire (Cəhənnəm odu) raketi 2014-cü ildə səhvən Kubaya aparılıb.

AzVision.az `The Wall Street Journal`a istinadən xəbər verir ki, mərmi NATO-nun Avropadakı təlimləri üçün nəzərdə tutulsa da, müəmmalı şəkildə Kubaya aparılıb.

Hazırda ABŞ hakimiyyəti Kuba rəhbərliyini raketi qaytarmaq üçün razı salmağa çalışır. Amerikalı mütəxəssislər öz növbəsində silahın Kubaya necə çatdırıldığını araşdırırlar.

Ekspertlər isə raketin Kubaya məqsədyönlü şəkildə çatdırılmadığını, hadisənin səhvən baş verdiyini qeyd edir.

Kubaya aparılan reaktiv mərmi partlayıcı maddə ilə təchiz olunmayıb. Buna baxmayaraq, ABŞ rəsmiləri Kuba mütəxəssislərinin sursatı sökərək, onun tuşlama sistemi və digər sirləri ilə tanış olmalarından ehtiyatlanır.

Rəsmi Vaşinqton bu biliklərin Kubadan Çinə, KXDR və ya Rusiyaya ötürüləcəyindən qorxur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti