Trampdan növbəti qalmaqallı çıxış

Trampdan növbəti qalmaqallı çıxış
  04 Yanvar 2016    Oxunub:3538
ABŞ-da prezidentliyə namizəd Donald Tramp Somalidə qiyamçı əl-Şəbabın yaydığı videodan sonra yenidən müsəlmanların ABŞ-a daxil olmasına qarşı çıxış edib.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, prezidentliyə namizəd müsəlmanların ABŞ-a daxil olmasına qarşı olduğunu bəyan edib.

O qeyd edib ki, bu mövqeyinə görə, insanlar ona minnətdarlıq edirlər.

"İnsanlar məni cəsarətli adlandırdı, çünki bu, doğrudur"-deyə Tramp vurğulayıb.

Prezidentliyə namizəd müsəlmanların ABŞ-a daxil olmasının tamamilə dayandırılması üçün yenidən çağırış edib.

Qeyd edək ki, Donald Trampın müsəlmanlarla bağlı çıxışı İslam ölkələri tərəfindən kəskin etirazlara səbəb olmuşdu.

AzVision.az


Teqlər:  





Xəbər lenti