Obama fövqəladə vəziyyət elan etdi

Obama fövqəladə vəziyyət elan etdi
  03 Yanvar 2016    Oxunub:3444
ABŞ prezidenti Barak Obama daşqınla əlaqədar Missuri ştatında fövqəladə vəziyyət elan edib. AzVision.az-ın məlumatına görə, prezident təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün ştata əlavə federal yardım göstərilməsini qərara alıb. Məlumatda qeyd olunur ki, dekabrın 22-dən başlayaraq bu günədək davam edən fırtına, tornado, güclü külək və daşqınlar səbəbindən ştatda fövqəladə şərait yaranıb.

Ölkənin qərbində baş verən daşqınlar azı 31 nəfərin ölümünə səbəb olub.

AzVision.az



Teqlər:





Xəbər lenti