Rusiyada azərbaycanlılar arasında dava - Ölən var

Rusiyada azərbaycanlılar arasında dava - Ölən var
  02 Yanvar 2016    Oxunub:9271
Rusiyanın Zelenoqrad şəhərində Azərbaycan vətəndaşları olan qohumlar arasında baş verən mübahisə ölümlə nəticələnib.
Hadisə şəhərin Böyük Göl adlanan çimərliyinin ərazisində baş verib. Bu barədə şəhərin hüquq – mühafizə orqanlarındakı mənbə məlumat verib.

Polisin araşdırmaları nəticəsində məlum olub ki, qohumlar münasibətlərinini aydınlaşdırmaq üçün gölün ətrafına gəliblər. Bir neçə dəqiqə sonra mübahisə etməyə başlayıblar.

Yaranan mübahisə nəticəsində qohumlardan biri digərini çiyinindən və baldırından bıçaqlayıb. Bıçaq zərbələrinə tuş gələn şəxs həyatını itirib.

Şəhər polisi qohumunu bıçaqlayan azərbaycanlını saxlayıb. Həmin şəxs istindaqa ilkin ifadəsində bildirib ki, qohumu onu bıçaqlamaq istədiyi üçün o, özünü müdafiə edib.

Saxlanılan şəxs barəsində qəsdən bədən xəsarət yetırmə və ehtiyatsızlıqdan adam öldürmə maddələri ilə cinayyət işi açılıb. Günahı sübuta yetirildiyi halda o 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası ala bilər.

Bir neçə gün əvvəl isə Rusiyanın Saratov şəhərində azərbaycanlı taksi sürücüsünü güllələyiblər. Lenin rayonunda baş verib. Rusiya mətbuatında yer alan məlumata görə, sürücünün 47 yaşı olub. (Ans)


Teqlər:  





Xəbər lenti