Daha bir yol təmirə bağlandı

Daha bir yol təmirə bağlandı
  29 Dekabr 2015    Oxunub:1522
Bakı şəhərinin Yasamal rayonunda Əhməd Cəmil küçəsinin əsaslı təmir olunan hissəsi Əbdürəhim bəy Haqverdiyev və General Akim Abbasov küçələri arasında yerləşən hissəsi əsaslı şəkildə təmir edilir.
"Azəryolservis" ASC-nin Mətbuat Katibliyindən AzVision.az- a daxil olan məlumata görə, bu hissənin ümumi uzunluğu 613 metr, eni isə 12 metrdir. Təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü frez maşınları ilə qaşınaraq, ərazidən daşınıb. Daha sonra deformasiyaya uğramış köhnə yol yatağı da qazılaraq çıxarılıb və bunun əvəzinə 50-60 sm qalınlığında yeni yol əsası tikilib.

Kompleks şəkildə "Azəryolservis" tərəfindən aparılan işlər zamanı küçə boyu yeni yağış-kanalizasiya sistemi də qurulub, zəruri olan yerlərə 11 ədəd yeni yağış barmaqlığı qoyulub. Bundan başqa kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, 31 ədəd baxış qapağı yenisi ilə əvəzlənib.

Hazırda Əhməd Cəmil küçəsində də mövcud olan piyada səkilərinin təmir olunaraq, asfaltlanması işləri aparılır. Qeyd edək ki, səkilərin kənarlarına ümumilikdə 1 300 paqon metr yeni səki daşı düzülüb.

Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. İkiqat və 10 sm qalınlıqda olmaqla əsaslı şəkildə təmir-tikinti işlərinin aparıldığı küçənin təqribən 8 min kv. metr sahəsinin asfaltlanması planlaşdırılır. Yüksək keyfiyyətlə aparılan təmir-tikinti işlərinin yaxın günlərdə yekunlaşdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.


Teqlər:  





Xəbər lenti