Rusiyada dollar və avro sürətlə bahalaşır
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hazırda məzənnə artıq 72,1 – 72,5 RUB/USD-yə çatıb ki, bu da ötən həftə ilə müqayisədə 3% çoxdur.
Hazırda Rusiyada bir avro isə 79,35 rubla satılır.
Qeyd edək ki, bu ilin yanvarın 26-da və avqustun 24-də dolların birja məzənnəsi 72 RUB/USD-yə qədər artsa da, sonradan enib.
Xatırladaq ki, 2014-cü il dekabrın 15-də bazarda məzənnə 80 RUB/USD-yə kimi yüksəlib.
Eldar Tanrıverdiyev
AzVision.az