ABŞ-da qaradərili sakini öldürən polislər bəraət aldı

ABŞ-da qaradərili sakini öldürən polislər bəraət aldı
  29 Dekabr 2015    Oxunub:2018
ABŞ-ın Ohayo ştatında andlılar məhkəməsi 2014-cü ilin noyabrında 12 yaşlı qara dərilini öldürməkdə ittiham edilən iki polis zabitinə bəraət verib.

Bu barədə AzVision.az “Reuters”-ə istinadən xəbər verir.

Dairə prokuroru Timati Makqinti Klivlenddə Tamir Raysın öldürülməsini “insan səhvlərinin fırtınası” kimi qiymətləndirib. O, həmçinin polisin hərəkətlərində cinayət əlamətinin olmadığını qeyd edib.

Tamir Rays uşaq meydançasında oyuncaq tapança ilə oynadığı vaxt polislər tərəfindən güllələnib.

Qeyd edək ki, daha əvvəl iki müstəqil ekspertdə yeniyetməyə atəş açan polislərin günahsızlığına dair qənaətə gəlib.
Rays ailəsi bəyan edib ki, andlılar məhkəməsinin çıxardığı qərardan narazıdırlar. Öldürülən şəxsin qohumlarının sözlərinə görə, polislərin dərhal hadisə yerinə gələn kimi atəş açması aydın görünür.

Qeyd edək ki, Tamir Rays ölümü Klivlenddə kütləvi etirazlara səbəb olmuşdu.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti