İllər sonra azadlıqda... - FOTOLAR

İllər sonra azadlıqda... - FOTOLAR
  29 Dekabr 2015    Oxunub:12488
Azərbaycan prezidenti İlham Əliyevin ötən gün imzaladığı əfv sərəncamının icrasına başlanılıb.

AzVision.az xəbər verir ki, ölkə başçısının imzaladığı sərəncam 210 nəfərə şamil edilib.

Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 198 nəfər, islah işləri cəzasına məhkum edilmiş 3 nəfər cəzalarının çəkilməmiş hissəsindən və cərimə cəzasına məhkum edilmiş 9 nəfər cəzadan azad ediliblər.

Azad edilənlər arasında 3 Böyük Britaniya, 3 Nigeriya, 2 Gürcüstan, 2 Çin, hərəsindən 1 nəfər olmaqla Qazaxıstan, İran, Əfqanıstan, Suriya, Pakistan, Türkiyə, Kamerun və Kamboca vətəndaşları da var.

AzVision.az Xəzər rayonu Binə qəsəbəsində yerləşən 2 və 17 saylı cəzaçəkmə müəssisəsindən azadlığa çıxan şəxslərin görüntüləri təqdim edir:

Hafiz Əhmədov
Fotolar: Elvin Abdulla


Qalereya




Teqlər:  





Xəbər lenti