Prezident araq içən qohumunu nümunə göstərdi

Prezident araq içən qohumunu nümunə göstərdi
  24 Dekabr 2015    Oxunub:5100
Qırğızıstan prezidenti Almazbek Atambayev bir neçə dəfə Quran kitabı oxuduğu üçün İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatından qorxmadığını bildirib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, prezident bu barədə Bişkekdə mətbuat konfransında çıxışı zamanı bildirib.

“İŞİD məni qorxutmur. Mən bir neçə dəfə Quran kitabını oxumuşam, istənilən teoloqla surələrlə bağlı mübahisə edə bilərəm”, - deyə Atambayev ekstremizmlə bağlı sualı cavablandırarkən qeyd edib.

Bu arada ölkə başçısı hökumətin bəzi dini təşkilatları qadağan etməməklə bağlı qərarı düzgün adlandırıb: “Tamamilə qadağan etmək olmaz, İnsanlar silaha əl ata bilərlər. Biz öz yolumuzla gedirik”.

Prezident çıxışında üç ay spirtli içki içən, növbəti üç ay İslam dini ilə məşğul olan qohumunu nümunə göstərib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti