`Türkiyə Rusiyadan üzr istəməlidir` – Atambayev

`Türkiyə Rusiyadan üzr istəməlidir` – Atambayev
  24 Dekabr 2015    Oxunub:2957
Qırğızıstan prezidenti Almazbek Atambayev “Su-24” tipli təyyarənin vurulmasına görə, rəsmi Ankaranın Moskvadan üzr istəməli olduğunu düşünür.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

“Düşünürəm ki, Türkiyə üzr istəməlidir. Bu hər iki ölkə üçün həm iqtisadi, həm də siyasi cəhətdən sərf etmir”, - deyə Atambayev ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

Qırğız liderin sözlərinə görə, hətta təyyarə onların dediyi kimi 17 saniyə belə Türkiyə hava məkanını pozubsa, onu vurmaq barədə qərar yanlışdır. Bu 17 saniyə ərzində onlar 20 ildən artıq qurulan əlaqələri raket zərbəsinə məruz qoydular.

Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə noyabrın 24-ü Türkiyənin Suriya ilə sərhədindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb. Pilotlar katapulta etsələr də, onlardan biri ölüb. Digər pilotlar isə xüsusi təyinatlıların keçirdiyi 12 saatlıq əməliyyat nəticəsində xilas edilib. Bundan sonra Rusiya və Türkiyə arasında münasibətlər kəskinləşib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti