Putindən ciddi mesajlar: `Qızlarımla fəxr edirəm...`– VİDEO (Yenilənib)

Putindən ciddi mesajlar: `Qızlarımla fəxr edirəm...`– VİDEO (Yenilənib)
  17 Dekabr 2015    Oxunub:8331
Rusiya prezidenti Vladimir Putin mətbuat konfransı zamanı “Türk axını” layihəsinin tikintisi haqqında vəziyyəti şərh edib.

Putinin sözlərinə görə, Rusiya tərəfi Avropa ərazisində qaz kəmərlərinin tikintisi ilə əlaqədar Avropa Komissiyasından zəmanət almaqda maraqlıdır.

“”Türk axını” layihəsi Türkiyə Brüsseldən zəmanət alandan sonra reallaşdırılacaq.

***
15:26
“Mənim qızlarım 3 xarici dil bilir, onlarla fəxr edirəm”

AzVision.az xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin bildirib.

Rusiyya prezidenti qızlarından birinin Moskva Dövlət Universiteti yanında Fonda rəhbərlik etməsi haqda məlumatı təkzib etməyib. Bildirib ki, onların öz talelərini yaşamaq hüququ var.

Putin qızlarının Rusiyada yaşadığını və heç bir ölkəyə getmədiklərini vurğulayıb.

“Onlar Rusiyadan başqa heç bir yerdə təhsil almayıblar. Qızların öz işlərini qurublar. Onlarla fəxr edirəm”-deyə qeyd edən Putin ailəsi ilə bağlı məsələləri heç kimlə müzakirə etmədiyini diqqətə çatdırıb.

***

Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi mətbuat konfransı zamanı Suriyadakı müharibənin neçəyə başa gəlməsi ilə bağlı sualı cavablandırıb.

“Biz Suriyada müharibəni başlamamışıq. Biz orada ayrı-ayrı əməliyyatlar həyata keçiririk”, - deyə Putin qeyd edib.

Rusiya lideri Suriyadakı əməliyyatlara xərclənən pullardan söz açıb: “Biz Suriyada böyük miqyaslı əməliyyatlar həyata keçiririk. Bu əməliyyatlarda minlərlə insan iştirak edir, yüzlərlə uçan aparatdan istifadə olunur və. Biz sadəcə bu xərclərin müəyyən hissəsini Suriyadakı əməliyyatlara sərf edirik. Bundan yaxşı təlim təsəvvür etmək mümkün deyil”, - deyə prezident qeyd edib.

***
14:15

İŞİD ikinci dərəcəli əşyadır.

Putin bu gün keçirdiyi mətbuat konfransında İŞİD-lə bağlı ona ünvanlanan suala sərt cavab verib. Rusiya prezidenti bildirib ki, İŞİD Suriyadakı müharibədə ikinci dərəcəli əşyadır.

“Mənə elə gəlir ki, İŞİD ikinci dərəcəli əşyadır. İraqa daxil oldular, ölkəni dağıtdılar. Yaxşı, ya pis vacib deyil. Orada neft ticarəti ilə bağlı elementlər formalaşdı. Vəziyyət illərlə formalaşıb. Biznes qaçaqmalçılığını qorumaq üçün hərbi gücə ehtiyac yarandı”, - deyə prezident qeyd edib.

Onun sözlərinə görə, bu məsələdə “İslam faktoru”ndan istifadə olunub.

***
13:57

Rusiya prezidenti Vladimir Putin mətbuat konfransı zamanı rəsmi Ankaranı ölkəni islamlaşdırmaqda ittiham edib.

O, bildirib ki, Atatürk Türkiyənin indiki vəziyyətini görsəydi, qəbirdə çevrilərdi.


***
13:33

`Rusiya böhranın pik həddini keçib`

AzVision.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bu gün keçirilən mətbuat konfransında bildirib.

“Statistika göstərir ki, Rusiya iqtisadiyyatı böhranın pik həddini keçib”, - deyə qeyd edən Putin bu ilin ikinci yarısında iş aktivliyinin sabitləşdiyini vurğulayıb.

Bununla əlaqədar, Putin sentyabr-oktyabr aylarında ÜDM-nin 0,3 faiz olduğunu qeyd edib: “Bu göstərici ötən aylarda 0,1 faiz olub. Bu ilin may ayında sənaye məhsullarının istehsalının həcminin azalması prosesi dayanıb, sentyabr-oktyabr aylarında isə bu indeks artıb”.

***
13:32

Rusiya prezidenti Vladimir Putin bu gün keçirilən mətbuat konfransına lətifə danışmaqla başlayıb.

RF lideri jurnalistin iqtisadiyyatla bağlı suala lətifə ilə cavab verib: `Bir gün iki dost görüşür. Biri digərindən soruşur: İşlər necədir? Cavab belə olur: qara-ağ zolaq kimi. Ama vəziyyət indi qaradır. Bu görüşdən 6 ay keçir. Dostlar yenə görüşürlər. Həmin dost yenə işlərin necə olduğunu soruşur. O, dostuna deyir ki, bilirəm vəziyyət qara-ağ kimidir. Dostu cavab verir ki, vəziyyət indi qaradır. Bəs, əvvəl qara deyildi? Dostu cavab olaraq qeyd edir ki, sən demə əvvəl ağ imiş. İndi təxminən Rusiya iqtisadiyyatında vəziyyət belədir`.

Putin Rusiya iqtisadiyyatında vəziyyət haqqında bunları bildirib: `Bir barel neftə görə, 50 dollarlıq neft qiyməti olduqca optimist rəqəmdir. Hazırda qiymət bir barelə görə 36-17 dollar arasında dəyişir. 2016-cı ilin büdcəsinə dəyişikliklər ola bilər`.

***
13:03

Rusiya prezidenti Vladimir Putin media üçün 11-ci sual-cavab sessiyası başlayıb.

Putinin çıxışı zamanı əsas mövzu Suriya müharibəsi və Türkiyə ilə münasibətlərdəki gərginliyə toxunacağı gözlənilir.

Tədbirə akkreditasiyadan keçən 1390 jurnalist arasında Azərbaycanın media orqanlarının nümayəndələri və bəzi xarici KİV-lərdə çalışan azərbaycanlılar da var.

İraq və Şam İslam Dövləti (İŞİD) mübarizə ilə bağlı sualı cavablandıran Rusiya lideri terror təşkilatının özünü “ikinci dərəcəli əşya” adlandırıb.

Ötən il prezident jurnalistlərlə 3 saat 10 dəqiqə danışıb. O, bu müddət ərzində təxminən 50 suala cavab verib.2008-ci ildə Putin rekorda imza ataraq 4 saat 40 dəqiqə ərzində canlı yayımda olub və 100-dən çox suala cavab verib.




Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti