Kemeron İlham Əliyevə başsağlığı verdi

Kemeron İlham Əliyevə başsağlığı verdi
  15 Dekabr 2015    Oxunub:1589
"Günəşli platformasında baş verən yanğınla bağlı Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeron Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı mesajı göndərib.
D.Kemeron dekabrın 4-də “Günəşli” dəniz neft yatağındakı platformada baş verən yanğın nəticəsində insanların həlak olması xəbərindən dərindən kədərləndiyini deyib.

"Birləşmiş Krallığın hökuməti və xalqı adından qəza nəticəsində doğmalarını itirən ailələrə dərin hüznlə başsağlığı verir, itkin düşənlərin axtarışını davam etdirən xilasedicilərə uğur diləyir, xəsarət alanların tezliklə sağalmalarını arzu edirəm.

Bu kədərli günlərdə Sizin və Azərbaycan xalqının yanında olduğumu bildirirəm".

AzVision.az


Teqlər:  





Xəbər lenti