Tramp xəstə olmadığını sənədlə sübut etdi

Tramp xəstə olmadığını sənədlə sübut etdi
  15 Dekabr 2015    Oxunub:2131
ABŞ prezidentliyinə namizəd Donald Tramp şəxsi həkiminin ona qoyduğu diaqnozunu yayımlayıb.
AzVision.az “CNN”-ə istinadən xəbər verir ki, müayinə sənədi 69 yaşlı biznesmenin sağlamlığında ciddi problemin oldmadığını təsdiqləyir.

“Əgər Tramp seçilsə, mən tam əminliklə deyə bilərəm ki, o prezident postunu tutan ən sağlam adam olacaq”, - deyə həkim Harold Bornsteyn deyib.

Həmçinin qeyd olunur ki, son 39 ildə milyarderin səhhətində heç bir ciddi problem qeydə alınmayıb.

Həkimin sözlərinə görə, Trampın təzyiqi və ürək-damar sistemi normadadır. Onun onkoloji xəstəliyi olmayıb. O, bir dəfə 10 yaşı olanda apendisitlə bağlı əməliyyat olunub. Həkim vurğulayıb ki, Tramp heç vaxt spirtli içki və siqaretdən istifadə etməyib.

Qeyd edək ki, ABŞ-da prezidentliyə namizəd öz sağlamlığı barədə ictimaiyyəti məlumatlandırmalıdır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti