Sürücülər bu xəbəri mütləq oxusun

Sürücülər bu xəbəri mütləq oxusun
  11 Dekabr 2015    Oxunub:2311
Dekabrın 12-də paytaxtın bəzi küçə və prospektlərində avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, ulu öndər Heydər Əliyevin xatirəsinin anma mərasimi ilə əlaqədar ziyarət iştirakçılarının rahat, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə dekabrın 12-də səhər saat 7-dən mərasim başa çatanadək Parlament prospekti ilə Fəxri xiyaban istiqamətində bütün avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.

Teymur Elçin və Mehdi Hüseyn küçələrinin kəsişməsindən - Teleteatrın binasının yanından, Hüseyn Cavid prospekti ilə Mikayıl Müşviq küçəsinin kəsişməsindən, İzzət Nəbiyev -Abbasqulu Abbaszadə, Mikayıl Müşfiq və Ə.Ələsgərov küçələrinin kəsişməsindən, Mətbuat prospektinin Mikayıl Müşfiq dairəsindən Parlament prospekti ilə Fəxri xiyaban istiqamətində bütün avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Ziyarətə gələnlərdən isə ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələri xahiş edilir.


Teqlər:





Xəbər lenti