Merkel ilin adamı seçildi

Merkel ilin adamı seçildi
  09 Dekabr 2015    Oxunub:1563
Amerikanın “Time” jurnalı Almaniya kansleri Angela Merkeli ilin adam seçib.
AzVision.az xəbər verir ki, bu barədə xəbər nəşrin saytında yerləşdirilib.

Reytinqdə ikinci yeri İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadi, üçüncü yeri milyarder, ABŞ prezidentliyinə namizəd Donald Tramp tutub.

“Time” xatırladıb ki, 2015-ci il Merkel üçün Almaniya kansleri, həmçinin “faktiki Avropa İttifaqı lideri” postunda 10-cu ili olub.

“İlin adamı” namizədləri siyahısına Rusiya lideri Vladimir Putin, İran prezident Həsən Ruhani, Keytlin Cenner (Kim Kardaşayının cinsini dəyişən atalığı Brüs Cenner), “Uber” şirkətinin yaradıcılarından biri olan Trevis Kalanik və “Black Lives Matter” hərəkatının fəalları da daxil olub.

Qeyd edək ki, Merkel 29 ildə “Time” jurnalında ilin adamı tituluna layiq göörülən ilk qadın olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti