`Məscidlərin meydana çevrilməsinə imkan vermək olmaz`

`Məscidlərin meydana çevrilməsinə imkan vermək olmaz`
  08 Dekabr 2015    Oxunub:1643
`Radikal müxalifət ancaq bir neçə mətbuat orqanında və sosial şəbəkələrdə mövcuddur. Onun cəmiyyət tərəfindən böyük dəstəyi yoxdur`.

Bu sözləri BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib. O, bildirib ki, parlament seçkilərində radikal müxalifətin Əli Kərimli qanadı seçkiyə namizəd qıtlığı səbəbindən qatılmadı: “Əli Kərimlinin yanında nəinki 125, heç 20 nəfər nüfuzlu adam yoxdur ki, peşəkar siyasətçi kimi cəmiyyətdə hörmətlə qəbul edilsin. Özünə hörmət edən insanlar Əli Kərimlinin xəyanəti səbəbindən ondan çoxdan imtina ediblər. Müsavat Partiyası isə qurultayından sonra faktiki olaraq iki hissəyə parçalandı. Partiya rəhbərliyində təmsil olunan bir çox adamlar siyasətdən çəkildilər`.

Nardaran hadisələrinə toxunan Orduxanlı bildirib ki, Əli Kərimli Taleh Bağırzadə ilə birgə fəaliyyət göstərirdi: `Taleh Bağırzadə Milli Şuranın üzvü idi. Taleh həbsdən çıxan gün Əli Kərimli ilə Cəmil Həsənli təbrik yazmışdılar. Əli Kərimli “Azadlıq” qəzetində Taleh Bağırzadəyə acıq şəkildə dəstək verirdi. Onu cəmiyyətə peyğəmbər kimi təqdim edirdi. Bütün bunları ona görə edirdi ki, özünün cəmiyyətdə nufuzunun olmadığını bilir və “dindarlara” dəstək verməklə, ölkədə sabitiliyin pozulmasına zəmin yaratmaq istəyirdi. Nardanran hadisələrində 7 vətəndaşımızın qətlə yetirilməsində Əli Kərimli və Milli Şuranın həm siyasi, həm də mənəvi məsuliyyəti var. Kərimli bu gün çalışır ki, mətbuata və cəmiyyətə Taleh Bağırzadənin Mill Şura üzvü olduğunu unutdursun`.

Orduxanlı onu da qeyd edib ki, Azərbaycan siyasətində radikal siyasətin bundan sonra da hansısa perspektivi yoxdur: “Onlar siyasətdə çoxdan tükənmiş insanlardır. Ölkənin inkişafında və demokratik proseslərin sürətlənməsində konstruktiv siyasi partiyaların əhəmiyyəti olacaq. İmkan vermək olmaz ki, məscidləri siyasi meydana çevirsinlər. Və gənclərin sağlam düşünçələrindən öz çirkin məqsədləri üçün istifadə etsinlər”.


Teqlər:





Xəbər lenti