Terrorçular iki şəhəri tutdu

Terrorçular iki şəhəri tutdu
  02 Dekabr 2015    Oxunub:2577
“Əl-Qaidə” terror təşkilatının yaraqlıları Yəmənin cənubunda iki böyük şəhəri – Zəncibar (Zinjibar) və Caarı (Jaar) tutub.
Bu barədə AzVision.az “Reuters”-ə istinadən xəbər verir.

Yerli sakinlərin sözlərinə görə, terrorçular gözlənilmədən yerli müxaliflərlə döyüşə girişib və onları məğlub edib. Bundan sonra terrorçular şəhərlərdə blokpostlar quraşdırıb və bu şəhərlərin onların tabeliyinə keçdiyini elan ediblər.

Agentlik vurğulayır ki, dörd il əvvəl də terrorçular bu şəhərləri ələ keçirmişdilər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti