Stiven Siqal Bakıda konsert verəcək

Stiven Siqal Bakıda konsert verəcək
  02 Dekabr 2015    Oxunub:1364
Məşhur Hollivud ulduzu Stiven Siqal ilk dəfə Bakıda, Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edəcək.
Mərkəzdən AzVision.az-a verilən məlumata görə, dekabrın 16-sı və 17-də keçiriləcək konsertdə Stiven Siqal və onu müşayiət edəcək qrup tamaşaçılara blüz musiqi proqramı təqdim edəcək.

Dekabrın 16-ı və 17-də bir saatdan artıq davam edəcək konsert proqramında gitara ifaçısı, müğənni Stiven Siqal blüz janrında musiqi ilə izləyicilərin qarşısına çıxacaq.

Konsertin biletlərini Heydər Əliyev Mərkəzinin kassasından əldə etmək olar.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti