`Hacı Taleh terrora hazırlaşırdı...` - Partiya sədrləri

`Hacı Taleh terrora hazırlaşırdı...` - Partiya sədrləri
  02 Dekabr 2015    Oxunub:4644
Nardaranda baş verən hadisələr gündəmin əsas müzakirə mövzusu olaraq qalır. Günlərdir haqqında danışılan olaya AXCP sədri Razi Nurullayev və Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı da münasibət bildirib. Partiya sədrləri Hacı Taleh Bağırovu Azərbaycanda terror aktı hazırlamaqda ittiham ediblər.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev bildirib ki, vətəndaş heç bir halda konstitusiya quruluşunu silahlı üsyanla dəyişdirmə cəhdində olmamalıdır.

Partiya sədri qeyd edib ki, ölkəmizdə istənilən mübarizə dinc şəkildə olunmalıdır: “Əldə silahla dövlət quruluşunu dəyişdirmək cinayətdir. Bunlar birmənalı şəkildə yolverilməzdir. Dövlətin Nardaranda keçirdiyi əməliyyata və orada baş verən iğtişaşlara hüquqi qiymət verilməlidir”.

R.Nurullayev qeyd edib ki, dövlət vətəndaşların hüququnu pozmur, əksinə müdafiə edir: “Vətəndaş heç bir halda konstitusiya quruluşunu silahlı üsyanla dəyişdirmə cəhdində olmamalıdır. Bu, birmənalıdır. Çünki, dövlət hamımızındır. Heç bir halda konstitusiya əldə silah dövlətə qarşı çıxmağa imkan vermir”.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı isə bildirib ki, Nardaran olayının “qəhrəmanı” Taleh Bağırov anti-Azərbaycan mövqedə dayanan şəxsdir.

“Taleh Bağırzadə terror hadisələrinə ciddi şəkildə hazırlaşıb, tərəfdarlarını Azərbaycan dövlətçiliyinə qarşı yönəldib və çıxışlarında şəriət rejiminin qurulmasını təbliğ edib. Bu kimi hallara görə, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ona qarşı cinayət işi açılıb, istintaq gedir. Taleh Bağırzadə və tərəfdarlarının hərəkətləri Azərbaycanın tutmuş olduğu yola, hədəflərinə qarşı idi. Ona görə də dövlət buna imkan vermədi”.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti