9 tondan çox narkotik bitki zərərsizləşdirilib

 9 tondan çox narkotik bitki zərərsizləşdirilib
  26 İyun 2013    Oxunub:1058
Bitkilər yandırılma yolu ilə məhv edilib
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi ilə Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2013” şərti adı altında rayon ərazisində tədbir keçiriblər.

Rayonun ucqar Arvana kəndi ərazisində reallaşan tədbir zamanı yabanı halda bitmiş, çəkisi 9 ton 250 kiloqram olan 19.300 ədəd xaşxaş kolu aşkarlanıb.

Həmin kollar yığılaraq yandırılma yolu ilə məhv edilib.(apa)


Teqlər:





Xəbər lenti