Nardarana işıq nə vaxt veriləcək? - “Azərişıq”dan xəbərdarlıq

  28 Noyabr 2015    Oxunub : 4181
Nardarana işıq nə vaxt veriləcək? - “Azərişıq”dan xəbərdarlıq
Xəbər verdiyimiz kimi, ötən gün Nardaranda elektrik enerjisinin verilişi dayandırılıb.
Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Tanrıverdi Mustafayev AzVision.az-a açıqlamasında bildirib ki, Nardaranda elektrik enerjisinin verilişinin nə zaman bərpa olunacağı bəlli deyil.

Qurum rəsmisi bəyan edib ki, abonentlər borclarını ödəməsələr elektrik enerjisinin verilişi bərpa olunmayacaq.

`Noyabr ayının 20-də bütün abonentlərə müraciət etmişdik. Bildirmişdik ki, elektrik enerjisinə görə borclu abonentlərin işığı kəsiləcək. Kim borcunu ödəmirsə, onlara elektrik enerjisinin verilişi bərpa olunmayacaq. Kim borcunu ödəyirsə, onun da işığı veriləcək”,-deyə T.Mustafayev qeyd edib.

Gültəkin Ələsgər

Teqlər: