Həbsxanadan videomüraciət - Qanun nə deyir?

Həbsxanadan videomüraciət - Qanun nə deyir?
  25 Noyabr 2015    Oxunub:3421
Ötən gün ömürlük məhbus Vüqar Əliyevin mətbuatda videomüraciəti yayılıb. O, məlum müraciətində ölkə başçısından əfv olunmasını xahiş edib. Ömürlük məhbusun həbsxanadan videomüraciət yayması çoxlarında sual yaradıb.

Məhbus videomüraciət yaya bilərmi? Qanun buna icazə verirmi?

Hüquqşünas Əliməmməd Nuriyev AzVision.az-a açıqlamasında bildirib ki, daxili nizam-intizam qaydalarına görə, istənilən məhkumun yanına gələn şəxsin telefon və digər elektron avadanlıqları onlardan alınıb, saxlanca verilir və görüş başa çatandan sonra həmin əşyalar sahibinə geri qaytarılır.

Onun sözlərinə görə, məhkumla videomüsahibə yalnız həbsxana rəhbərliyinin icazəsi ilə həyata keçirilə bilər: “İstənilən məhkumun dövlət qurumuna, vəzifəli şəxslərə, mətbuat orqanlarına və s. müraciət göndərmək hüququ var. Bu müraciətlər yazılı şəkildə və vəkillər vasitəsilə şifahi formada ola bilər. Amma videomüsahibəyə gəlincə, bu yalnız icazə əsasında ola bilər. Çünki elektron vasitənin cəzaçəkmə müəssisəninə keçirilməsi rəsmi icazə əsasında olmalıdır. Məhkumla görüşdə videoçəkilişə icazə alındıqdan sonra razılıq verilir. Bununla bağlı öncədən cəzaçəkmə müəssisəsinin rəhbərliyinə müraciət olunmalıdır”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti