İcbari tibbi sığortadan yeni xəbər var

 İcbari tibbi sığortadan yeni xəbər var
  21 Noyabr 2015    Oxunub:2084
“Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin strukturu formalaşmaq üzrədir”.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov deyib. Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi üçün zəruri olan araşdırmalar aparılır ki, yaxın zamanlarda Azərbaycana mümkün olan qədər tibbi sığorta həyata keçirilsin:

“Qarşıda böyük işlər durur. Hər şeydən əvvəl agentlik formalaşdırılmalıdır və fəaliyyət üçün hazır vəziyyətə gətirilməlidir. Bundan sonra isə model seçilib, Azərbaycana tibbi sığorta tətbiq edilməlidir. Güman edirəm ki, intensiv işlər nəticəsində nə qədər mümkündürsə, bunun tətbiqini yaxınlaşdıracağıq.

Əvvəlcədən demək istəyirəm ki, tibbi sığortanın tətbiq edilməsi üçün böyük işlər görülməlidir, həm də qanunvericilik bazası təkmilləşdirilməlidir. Bu işdə həm də personalın hazırlanması da zaman tələb edir. Azərbaycanda tibbi sığorta çox geniş yayılmasa da, müəyyən qədər var. Biz çalışacağıq ki, 2016-cı il ərzində nəzərdə tutulan işlərin böyük əksəriyyəti görülsün”.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti