MHP lideri azərbaycanlı siyasətçiyə qarşı

MHP lideri azərbaycanlı siyasətçiyə qarşı
  16 Noyabr 2015    Oxunub:2980
Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) daxilində gərginlik artmaqda davam edir.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, partiyanın lideri Dövlət Baxçalı əslən azərbaycanlı Sinan Oğana qarşı kampaniyaya başlayıb. Dövlət Baxçalı partiya sıralarından xaric edilən lakin məhkəmənin qərarından sonra geri qayıdan S. Oğanın hakimiyyətin sifarişi ilə hərəkət etdiyini deyib: “Bu sarayın (AK parti) bir layihəsidir. Məhkəmənin işi-gücü qutarıb ki, bu barədə qərarı qısa müddət ərzində verir. Halbu ki, seçkilərdən sonra açıq qalan o qədər məsələlər varki”.

Dövlət Baxçalı paritya daxilində növbədənkənar seçkilərin keçirilməməsi üçün lazımı addımlar atılacağını deyib: “Bu sadəcə hökumətin planlaşdırdığı bir addımdır. Bunun qarşısını almaq üçün nə lazımdırsa o da ediləcək”.

Qeyd edək ki, 1 noyabr seçkilərində böyük miqdarda səs itirən və Türkiyə parlamentində deputat sayına görə 4-cü sıraya düşən MHP-də dəyişilik tələbi geniş vüsət alıb. Artıq MHP sədri Dövlət Baxçalının yerinə namizədlərin bəziləri fəaliyyətə başlayıb. Bunlardan biri də əslən azərbaycanlı, İğdırda anadan olmuş Sinan Oğandır. Sinan Oğan artıq ülkü ocaqları ilə danışıqlara başlayıb, həmiçinin, partiya liderliyinə yüksəlməkdə əsas rəqibi olan Meral Akşenerə qarşı təbliğat aparır. O bildirib ki, partiyası 2023-cü ildə 40 faizə qədər səs toplaya və təkbaşına iqtidar ola bilər.

Sinan Oğan bu il 7 iyuna qədər MHP deputatı idi. Lakin sədr D.Baxçalının yerinə adı keçdiyi və partiyada nüfuzu artan xətlə davam etdiyi üçün iyun seçkilərində MHP-nin deputat siyahısından kənarda qaldı. Bununla da MHP İğdırda yüksək faizlə səs itirdi. Bunun ardında partiyadan da xaric edilən Sinan Oğan məhkəməyə müraciət edərək MHP üzvlüyünü bərpa etməyə nail olub. S.Oğan uzun illər Azərbaycan Dövlət İqtisad Universitetində işləyib.


Teqlər:  





Xəbər lenti