`Kərimlinin AXCP sədri olmağa mənəvi haqqı yoxdur`

`Kərimlinin AXCP sədri olmağa mənəvi haqqı yoxdur`
  14 Noyabr 2015    Oxunub:1749
`AXCP-nin sədrinin kim olması məsələsilə işim yoxdur. Dövlət qurumu bu məsələni araşdırır. Mən Əli Kərimlini heç vaxt AXCP sədri kimi qəbul etməmişəm. Ona “AXCP sədri” demək milli azadlıq hərəkatının lideri, AXCP-nin əsl sədri, mərhum Əbülfəz Elçibəyin ruhuna hörmətsizlikdir”.

Bu sözlər BAXCP sədrinin müavini Niyaməddin Orduxanlıya məxsusdur. O, bildirib ki, Əli Kərimlinin özünü AXCP sədri kimi görməyə mənəvi haqqı olmayıb: “Əbülfəz Elçibəyə etmədi pislik qalmadı. Onun qurduğu böyük bir təşkilatı özünün sağlığında dağırtdı. Saxta jurnlasit imzaları ilə Elçibəyi təhqir edirdi. Kim yalan danışırsa, şər atırsa, dünyanın ən yaramaz adamıdır! Azərbaycan siyasətində xəyanət Kərimlinin adı ilə bağlıdır”.

Orduxanlı xatırladıb ki, 1998-ci ildə “Şəhriyar” adına mədəniyyət klubunda AXCP-nin növbəti qurultayı keçirildi. Yekdiliklə mərhum Əbülfəz Elçibəy AXCP-nin yenidən sədri seçildi. Qurultaydan dərhal sonra Əbülfəz bəy özünün müavinlərini, müşavirlərini və partiyanın digər strukturlarını formalaşdırdı. 2000-ci ildə Əbülfəz Elçibəy dünyasını dəyişəndən sonra AXCP rəsmi olaraq iki hissəyə parçalandı. “Kərimli necə AXCP sədri ola bilərdi ki, Elçibəyin 8-9 müavinindən heç biri, RH-nin 19 nəfərlik üzvlərində bir nəfər də onun yanında qalmadı? Onlarla rayon şöbə sədrləri, ali məclis üzvləri, minlərlə sıravi cəbhəçilər ondan imtina etdi. Bu gün üzləşdikləri zamanında mərhum Əbülfəz bəyə etdiyi pisliklərin əvəzidir”,- deyə o, qeyd edib.


Teqlər:





Xəbər lenti