ATӘT Arif Yunusun evə buraxılmasını alqışladı

ATӘT Arif Yunusun evə buraxılmasını alqışladı
  14 Noyabr 2015    Oxunub:1354
ATӘT DTİHB-nun direktoru Corc Link Bakı Appelyasiya Mәhkәmәsinin insan haqları üzrә fәal Arif Yunusun hәbsdәn azad edilmәsi ilә bağlı ötәn günki qәrarını alqışlayır.
AzVision.az-ın APA-ya istinadən verdiyi mәlumata görә, bu barәdә qurumun bәyanatında deyilir. Bildirilir ki, mәhkәmә qәrarı Arif Yunusun kәskin pislәşәn sәhhәti ilә bağlı verib: "Arif Yunusun azad edilmәsi müsbәt humanitar jestdir. Ümid edirәm ki ,hәmçinin sağlamlıq problemindәn әziyyәt çәkәn Leyla Yunus daxil olmaqla, bu kimi addımlar davam edәcәk.

DTİHB Azәrbaycan hökumәti ilә konstruktiv şәkildә insan haqları mәsәlәlәrindә әmәkdaşlığı davam etdirmәyә hazırdır.


Teqlər:  





Xəbər lenti