Qazımız kəsiləcək

Qazımız kəsiləcək
  24 İyun 2013    Oxunub:1093
Bu gün Bakının bəzi yerlərində, o cümlədən Mingəçevir şəhərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
ARDNŞ-dən AzVision.az-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar iyunun 24-də saat 19:00-dək «Nardaran» Qazpaylayıcı Stansiyasından qidalanan «Savalan» ölçü qovşağında, «Mingəçevir» Qazpaylayıcı Stansiyasından Mingəçevir şəhərinə və Yevlax rayonunun Tanrıqulular kəndinə gedən qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Sabunçu rayonunun Nardaran kəndinə, Mingəçevir şəhərinə və Yevlax rayonunun Tanrıqulular kəndinə təbii qazın verilişində fasilələr yaranacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti